“Erik ten Haq “Manchester Yunayted”in ən pis transferlərindən ikisinə qol qoyub”

Futbol mütəxəssisi Qari Nevill, “Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən qovulmuş niderlandlı mütəxəssis Erik ten Haq haqda söhbət açıb.

Sports.az ingilis təhlilçinin bu barədə fikrini təqdim edir:

“Düzünü desəm, oyunçuların seçimi 10 il ərzindən dəhşətli olub və onun özü də bunun qurbanı oldu. Amma düşünürəm ki, o, Kazemiro və Antoni ilə müqavilə bağlayaraq, o, “Mançester Yunayted”in həyata keçirdiyi ən pis transferlərdən ikisinə qol qoyub. Məhz bu transferlərə görə “Mançester Yunayted” transfer bazarına qayıtmalı, Uqarte və digər oyunçuları transfer etməli oldu”, deyə Nevill fikrini əsaslandırıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar