“Barselona” Olmonun qeydiyyatı ilə bağlı qayğılıdır

“Barselona” rəhbərliyi maliyyə çətinlikləri səbəbindən klubun cari mövsümün ikinci hissəsi üçün, ispan yarımmüdafiəçi Daniel Olmonu yanvarda qeydiyyatdan keçirə bilməyəcəyindən ehtiyat edir.

Sports.az xəbər verir ki, “blauqrana”nın vəziyyəti, “Nike” ilə sponsorluq müqaviləsindən əldə edəcəyi pul vəsaitini gözləniləndən gec alacağı ilə çətinləşir.

Bundan başqa, klub komandanın müdafiəçisi Andreas Kristensenin bu ay zədəsini sağaldacağını, daha sonra isə danimarkalı futbolçunu da qeydiyyatdan keçirmək qayğısı ilə üzləşəcəyini bilir. Hazırda, Kataloniya klubunun sözügedən iki futbolçudan yalnız birini qeydiyyatdan keçirmək imkanının olduğu vurğulanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar