Dünya futbolu
İngiltərə nəhəngləri “Bayern”in futbolçusuna maraq göstərirlər
01.11.2024 | 12:00
İngiltərə nəhəngləri – “Liverpul”, “Çelsi” və “Mançester Yunayted” “Bayern”in 21 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçisi Camal Musiala ilə maraqlanırlar.
Sports.az xəbər verir ki, Münhen klubu Musiala ilə müddəti 2026-cı ilin yayında başa çatacaq müqavilə məsələsini gələn yaya qədər həll edə bilməsə, “Bayern” futbolçunu daha ucuz qiymətə satmaq məcburiyyətində qalacağından ehtiyat edir.
Sözügedən İngiltərə klublarının vəziyyətin incəliklərinə bələd olduqları və bu fürsətdən öz xeyirlərinə istifadə etməyə çalışacaqları vurğulanır.