Amorim Raşforda etimad edir

Son məlumata görə, yaxın həftələrdə “Mançester Yunayted”i çalışdıracağı gözlənilən portuqal mütəxəssis Ruben Amorim “qırmızı şeytanlar”ın cinah hücumçusu Markus Raşfordun futbol bacarığını yüksək qiymətləndirir.

Sports.az xəbər verir ki, portuqal mütəxəssis qısa müddət ərzində ingilis futbolçunun oyununu xeyli yaxşılaşdırmağa və özünəinam qazanmasına kömək edə biləcəyinə inanır.

Öz növbəsində, Raşford da Amorimin kluba gəlişindən məmnundur.
Daha əvvəl məlum olmuşdu ki, Raşford “Mançester Yunayted”dən ayrılmaq niyyətini agentinə çatdırıb və ondan özünə yeni klub tapmasını istəyib. İndi isə vəziyyət, niderlandlı mütəxəssis Erik ten Haqın “qırmızı şeytanlar”ın baş məşqçisi vəzifəsindən istefaya göndərilməsi ilə dəyişib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar