Kobel “Borussiya”nı tərk edə bilər

Dortmund “Borussiya”sının 26 yaşlı qapıçısı Qreqor Kobel komandasının “Volfsburq”la oyunda məğlub olaraq (0:1) Almaniya Kubokunu tərk etməsindən sonra məyus və qəzəblidir.

Sports.az xəbər verir ki, isveçrəli qapıçı ötən il müqaviləsinin müddətini 2028-ci ilə qədər uzatsa da, Dortmund klubunun keçmiş futbolçuları Cud Bellingem və Erlinq Haland kimi kuboklar qazanmaq istəyir.

Odur ki, Dortmundda vəziyyət yaxşıya doğru düzəlməzsə, Kobelin yayda klubu tərk etməsini istisna etmək olmaz. Mövsüm başlamazdan əvvəl Kobellə “Bayern”, PSJ və İngiltərə klubları maraqlansalar da, hazırda ortada konkret təklif yoxdur.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar