Dünya futbolu
“Mirançuk Rusiyaya qayıtsa, yaxşı olar, Avropada nə var?!” - Syomin
11.11.2024 | 11:30
Məşhur rus mütəxəssis Yuri Syomin hesab edir ki, “Atlanta Yunayted”in rus yarımmüdafiəçisi Aleksey Mirançuk Avropaya qayıtmaq imkanını nəzərdən keçirməməlidir.
Sports.az xatırladır ki, MLS-ə keçməzdən əvvəl Mirançuk “Atalanta” üçün əhəmiyyətli oyunçu idi və indi də MLS-də öz adından söz etdirir.
“Mirançuk niyə Avropaya qayıtmalıdır ki, buna ehtiyac varmı? İndi onun ABŞ-da müqaviləsi var, orada oynayır. Sonra isə bəlkə Rusiyaya da qayıdacaq”.