Dünya futbolu
İtaliya nəhəngi Salahın xidmətində maraqlıdır
30.11.2024 | 23:20
“Liverpul”un misirli ulduz hücumçusu Məhəmməd Salahın gələcəyi hələ də müzakirə mövzusudur.
Sports.az xəbər verir ki, “qırmızılar”la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Salahın özü də bu yaxınlarda, “Liverpul”dan hələ də təklif almadığı üçün yayda klubdan ayrılmağa üstünlük verəcəyini bildirərək, odun üzərinə yağ töküb.
Bu mənzərədə misirli ulduzun xidmətində İtaliya nəhəngi “İnter”in maraqlı olduğu məlum olub.
Vurğulanır ki, “İnter” maaş hesabında Salah üçün yer açmaq məqsədilə “neradzurri”nin futbolçuları – Marko Arnautovic, Mehdi Taremi və Xoakin Korrea ilə ayrılmağa hazırdır.