Mbappe məsuliyyəti öz üzərinə götürdü

İspaniya La Liqasının 19-cu turunda "Atletik"ə məğlub olan (1:2) "Real"ın futbolçusu Kilian Mbappe oyun zamanı penaltini qaçırmasına münasibət bildirib.

Sports.az xəbər verir ki, futbolçu oyundan sonra mətbuata açıqlamasında böyük səhvə yol verdiyini deyib.

25 yaşlı hücumçu özünü sübut etməyin vaxtının çatdığını söyləyib:

“Pis nəticə oldu. Hər detalın əhəmiyyət daşıdığı matçda böyük səhv etdim. Mən məsuliyyəti tam olaraq öz üzərimə götürürəm. Çətin məqamdır, lakin bu vəziyyəti dəyişmək və bir futbolçu kimi özümü sübut etməyin vaxtıdır”.

Mbappe "Atletik"lə matçın 68-ci dəqiqəsində penaltidən yararlana bilməyib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar