Dünya futbolu
Luis Enrike PSJ-nin üçüncü qapıçısına fürsət vermək niyyətindədir
05.12.2024 | 23:00
PSJ-nin baş məşqçisi Luis Enrike qapıçılar – Matvey Safonov və Canluici Donnarummanın zəif oyunu mənzərəsində, komandanın üçüncü qapıçısı Arnau Tenasa özünü sübut etmək fürsəti təqdim etmək niyyətindədir.
Sports.az xəbər verir ki, rusiyalı qapıçı Safonov və italyan qapıçı Donnarummanın qarşılıqlı rəqabəti mənzərəsində ispan mütəxəssis, həmyerlisi Arnau Tenası qarşıdakı oyunlarda meydana burxmaq və qapıçı mövqeyində rəqabət müstəvisini genişləndirməklə, keyfiyyət hasil etmək niyyəti güdür.
Cari mövsümdə Arnau Tenas hələ PSJ-nin heyətində oyun keçirməyib, amma qapıçı Olimpiya Oyunlarında İspaniyanın U-23 komandasının heyətində 5 oyun keçirib və qızıl medal qazanıb.