Dünya futbolu
Flik Levandovskini ehtiyatda saxlamasını əsaslandırdı
05.12.2024 | 23:10
“Barselona”nın alman baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının vaxt dəyişdirilmiş 19-cu turunun “Malyorka” ilə səfər oyununda (5:1) “blauqrana”nın və İspaniya çempionatının cari mövsümünün ən sərrast qolçusu, polyak mərkəz hücumçusu Robert Levandovskini ehtiyatda saxlamaq qərarı barədə danışıb.
Sports.az alman mütəxəssisin bu barədə açıqlamasını təqdim edir:
“Bugünkü qərarımız çox aydın idi: dünən plana Levandovskinin heyətdən kənarda qalması daxil deyildi. Amma bu gün bizdə onun ehtiyat oyunçular skamyasında qalmalı olduğu hissi və duyumu vardı. Ona istirahət etmək gərək idi, meydanda xeyli dəqiqə keçirib”.