Sudakova yeni iddiaçı ortaya çıxdı

Donetsk “Şaxtyor”unun və Ukrayna millisinin yarımmüdafiəçisi Georgi Sudakov karyerasını davam etdirmək üçün daha bir seçim əldə edib.

Sports.az xəbər verir ki, Sudakovun xidmətində “Vest Hem” maraqlıdır.

Vurğulanır ki, “Şaxtyor” Sudakov müqabilində 60 milyona avro məbləğində qiymət yarlığı təyin edib. “Vest Hem” isə ukraynalı futbolçu müqabilində müvafiq ödənişə hazır olub-olmaması barədə hələ qərar verməyib.

Xatırladaq ki, daha əvvəl Sudakovun “Napoli”, “Çelsi” və ya “Arsenal”a keçə biləcəyi barədə məlumat yayılmışdı. Vurğulanırdı ki, həmyerlisi və dostu Mixaylo Mudrik “Çelsi”də oynadığından, Sudakov “zadəganlar”a qoşulmağa daha meyllidir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar