“Bayern” Musialanı tarixən ən ödənişli futbolçusu etməyə hazırdır

“Bayern” hazırda 21 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçisi Camal Musiala ilə yeni uzunmüddətli müqavilə üzrə danışıqlar aparır.

Sports.az xəbər verir ki, 2025-ci il yanvar ayının 1-dən Münhen klubu Musiala ilə 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamaq imkanı əldə edəcək.

Musialanın yeni əmək müqaviləsinə əsasən maaşı ildə 20 milyon avro məbləği keçə bilər.

Beləliklə, beş ildən sonra Musiala 100 milyon avro məbləğdən artıq qazanc götür biləcək ki, bu da Musialanın “Bayern”lə müqaviləsini Münhen klubunun tarixində ən bahalı müqaviləyə çevirəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar