Dünya futbolu
MS yanvarda “Nyukasl”ın ulduzunu transfer edə bilər
06.12.2024 | 23:20
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola, “Nyukasl”ın 27 yaşlı dayaq yarımmüdafiəçisi Bruno Gimaraynsın “şəhərlilər”in düşərgəsinə keçidinə təkid edib.
Sports.az xəbər verir ki, “Mançester Siti” qarşıdakı yanvar ayında iki yarımmüdafiəçini və onlardan ən azı birini transfer etmək niyyətindədir ki, bu, məhz Gimarayns ola bilər.
Vurğulanır ki, “Mançester Siti” “sağsağanlar”ın braziliyalı ulduzunu hələ ötən yay öz düşərgəsinə qatmağı düşünürdü, amma o vaxt Gimaraynsa görə nəzərdə tutulmuş 100 milyon funt-sterlin məbləğində sərbəstqalma maddəsinin müddəti iyun ayında başa çatmışdı. “Şəhərlilər” isə bu müddətə qədər braziliyalı futbolçunun keçidinə nail ola bilməmişdilər.