Dünya futbolu
“Liverpul” rəhbərliyi Salahla yeni müqavilənin zəruriliyini anlayır
06.12.2024 | 23:40
“Liverpul”un sahibi olan amerikan transmilli şirkəti “Fenway Sports Group”, eləcə də klubun idarə heyətinin digər üzvləri “qırmızılar”ın 32 yaşlı misirli ulduz hücumçusu Məhəmməd Salahla gələn yayda başa çatacaq müqavilənin müddətinin uzadılması zərurətini getdikcə daha çox anlayırlar.
Sports.az xəbər verir ki, “Fenway Sports Group” etiraf edib ki, hazırda Salaha, futbolçunun tələblərinə cavab verən müqavilə təklif etməkdən başqa seçimləri nəzərdən keçirmək demək olar ki, mümkün deyil.
Belə ki, Salah öz keyfiyyətli oyunu, səmərəli və məhsuldar çıxışı ilə “Liverpul”a dəyərini dəfələrlə sübut edib.