Dünya futbolu
Mahir Emrelinin komandası səfərdə uduzdu
06.12.2024 | 23:59
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" komandası növbəti matçına çıxıb.
Sports.az xəbər verir ki, sözügedən komanda ikinci bundesliqanın 15-ci turunda səfərdə "Elversberq"lə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə bitib - 2:1.
Mahir Emreli bu görüşdə sonadək meydanda olub. O, 52-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.