Dünya futbolu
İngiltərə klubunun futbolçusu qəza keçirdi
08.12.2024 | 09:30
"Vest Hem"in hücumçusu Maykl Antonio avtomobil qəzası keçirib.
Sports.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı futbolçu Londonun mərkəzi xəstəxanasına çatdırılıb. Qəza ağır olsa da, onun şüurlu və ünsiyyətdə olduğu bildirilir.
Klub Antonio və onun yaxınlarının yanında olduğunu qeyd edib.