“Real” Tçuamenini PSJ-yə sata bilər

PSJ “Real”ın 24 yaşlı fransalı yarımmüdafiəçisi Orelyen Tçuameni ilə maraqlanır.

Sports.az xəbər verir ki, PSJ-nin prezidenti Nasser Əl-Xelaifi fransalı futbolçunun transferində şəxsən maraqlıdır.

Bununla belə, Paris klubunun baş məşqçisi, ispan mütəxəssis Luis Enrike Tçuameninin satın alınması ilə bağlı o qədər də nikbin deyil. Madrid klubunun prezidenti Florentino Peres 24 yaşlı futbolçu müqabilində 80-85 milyon avro məbləğində təklifləri nəzərdən keçirməyə hazırdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar