Dünya futbolu
London nəhəngləri Xavi Simonsu satın almaq üçün çəkişəcəklər
08.12.2024 | 12:40
“Arsenal” və “Liverpul” cari mövsümün sonuna qədər “Leypsiq”də icarə əsasında çıxış edən, PSJ-nin 21 yaşlı niderlandlı yarımmüdafiəçisi Xavi Simons uğrunda mübarizədə çəkişəcəklər.
Sports.az xəbər verir ki, Paris klubu niderlandlı futbolçusunu klubda saxlamaq istəyir, amma Simonsun gələcək taleyi ilə bağlı qərarı cari mövsümün sonunda komandanın baş məşqçisi, ispan mütəxəssis Luis Enrike verəcək.
Vurğulanır ki, Əgər Simons ispan mütəxəssis üçün faydalı olmasa, PSJ onun üçün digər klublardan 80 milyon avro məbləğdən yüksək təklifləri nəzərdən keçirəcək.