Flik De Yonqun gələcəyi ilə bağlı qənaət hasil etdi
“Barselona”nın alman baş məşqçisi Hans-Diter Flik hesab edir ki, klub, “baluqrana” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq niderlandlı yarımmüdafiəçi Frenki de Yonqu öz düşərgəsində saxlamaq üçün əlindən gələni etməlidir.
Sports.az xəbər verir ki, alman mütəxəssis niderlandlı futbolçunun keyfiyyətlərinə əmindir və onun topuğundakı zədəsini tam sağaltdıqdan sonra komandanın əsas oyunçusuna çevrilə biləcəyinə inanır.
Öz növbəsində, Kataloniya klubunun rəhbərliyi De Yonqun öz müqaviləsinin müddətini uzatmaq təklifinə cavab verməyə tələsmədiyi məqamı bəyənmir.
Vurğulanır ki, yarımmüdafiəçi əmək müqaviləsini yeniləməsə, o zaman “Barselona” onu azad agent qismində ödənişsiz əldən verməmək üçün, gələn yay ucuz da olsa, satmağa çalışacaq.