Dünya futbolu
“Leypsiq” baş məşqçi vəzifəsinə namizədləri nəzərdən keçirir
08.12.2024 | 16:20
Almaniya Bundesliqasının təmsilçisi “Leypsiq” komandanın sükanı arxasına namizədləri nəzərdən keçirir.
Sports.az xəbər verir ki, “öküzlər” “Çelsi”nin keçmiş baş məşqçisi, ingilis mütəxəssis Qrem Potter və “Mançester Yunayted”in keçmiş çalışdırıcısı, niderlandlı mütəxəssis Erik ten Haq arasında seçim aparırlar.
Vurğulanır ki, “Leypsiq” rəhbərliyi, komandanın nəticələri yaxşılaşmasa, alman müəxəssis Marko Rozeni istefaya göndərə bilər.
Bildirilir ki, Qrem Potterin xidmətində “Vest Hem” və “Vulverhempton” da maraqlıdır.