Dünya futbolu
Danimarkalı hücumçu İngiltərə nəhənglərinin hədəfindədir
08.12.2024 | 16:40
Danimarka yığmasının və “Leççe”nin 20 yaşlı sağ cinah hücumçusu Patrik Dorqu İngiltərənin aparıcı klublarının diqqət mərkəzindədir.
Sports.az xəbər verir ki, “Mançester Yunayted”, “Çelsi” və “Tottenhem” Dorqunu satın almaqda maraqlıdırlar.
Vurğulanır ki, “qırmızı şeytanlar”ın nümayəndələri Dorqunun İtaliya A Seriyasının 14-cü turu çərçivəsində “Yuventus”a qarşı oyunun izləyərək, danimarkalı futbolçunun çıxışından məmnun qalıblar.