Dünya futbolu
“İspaniya yığmasının Messisi yox idi, amma…”
10.12.2024 | 11:00
İspaniya yığmasının və “Barselona”nın keçmiş yarımmüdafiəçisi Xavi 2008-2012-ci illərdə ispan futbolunun üstünlüyü dövründə “qırmızı qəzəb” ilə “blauqrana” arasında fərqin nədən ibarət olduğu sualını cavablayıb.
Sports.az ispan mütəxəssisin bu barədə cavabını təqdim edir:
“Bəlkə “Barsa” ilə İspaniya yığması arasındakı fərq Messi idi. Bizim komandamızda “Leo” kimi hərtərəfli oyunçu yox idi. Biz daha çox komanda şəklində çıxış etməli idik, eyni zamanda iki dəfə Avropa və dünya çempionatını qazanaraq uğura müvvəfəq olmuşduq”.