ÇL: Bu gün 9 oyun keçiriləcək
UEFA Çempionlar Liqasında bu gün 6-cı tura start veriləcək.
Sports.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.
İngiltərənin “Liverpul” klubu səfərdə “Jirona”nın (İspaniya), “İnter” (İtaliya) isə Almaniya təmsilçisi “Bayer”in qonağı olacaq. İspaniya təmsilçisi “Real” İtaliyada “Atalanta” ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur
10 dekabr
21:45. “Dinamo” (Xorvatiya) - “Seltik” (Şotlandiya)
21:45. “Jirona” (İspaniya) - “Liverpul” (İngiltərə)
00:00. “Leypsiq” (Almaniya) - “Aston Villa” (İngiltərə)
00:00. “Bayer” (Almaniya) - “İnter” (İtaliya)
00:00. “Atalanta” (İtaliya) - “Real” (İspaniya)
00:00. “Brügge” (Belçika) - “Sportinq” (Portuqaliya)
00:00. “Şaxtyor” (Ukrayna) - “Bayern” (Almaniya)
00:00. “Zalsburq” (Avstriya) - PSJ (Fransa)
00:00. “Brest” (Fransa) - PSV (Niderland)