De Yonqu “Barselona”da saxlamağa kim təşəbbüs göstərir?

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “blauqrana”nın niderlandlı yarımmüdafiəçisi Frenki de Yonqu Kataloniya klubunda saxlamaq üçün bütün sələrini səfərbər etmiş əsas təşəbbüskardır.

Sports.az xəbər verir ki, alman mütəxəssisin məqsədi niderlandlı futbolçunun topuğundakı zədədən əvvəl malik olduğu yüksək oyun səviyyəsini qaytarmaqdan ibarətdir.

Bundan əlavə, “Hansi” Flik hesab edir ki, De Yonq alman mütəxəssisin oyun sistemi üçün mükəmməldir və komandanın ən yaxşı oyunçusudur.

Daha əvvəl, De Yonqun “blauqrana”dan ayrılmaq istədiyi və Kataloniya klubunun rəhbərliyinin də qarşıdakı qış transfer pəncərəsində niderlandlı futbolçunun satışında israrlı olması haqda məlumat yayılmışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar