“Liverpul”un sabiq futbolçusu Macarıstan klubunda

İngiltərənin "Liverpul" klubunun heyətində UEFA Çempionlar Liqasının qalibi olmuş Nabi Keyta Macarıstanın "Ferentsvaroş" komandası ilə müqavilə imzalayıb.

Sports.az xəbər verir ki, o, "ağ-yaşıllar"da icarə əsasında çıxış edəcək.

29 yaşlı yarımmüdafiəçi müqavilə ilə Almaniyanın "Verder" klubuna məxsusdur.

Qvineyalı futbolçu 2018-ci ildə "Liverpul"un heyətində UEFA Çempionlar Liqasının qalibi olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar