Dünya futbolu
“Mançester Yunayted” Markus Raşfordu satmalıdır”
15.12.2024 | 14:20
“Liverpul”un və İngiltərə yığmasının keçmiş müdafiəçisi Ceymi Karraqer hesab edir ki, “Mançester Yunayted” “qırmızı şeytanlar”ın ingilis hücumçusu Markus Raşfordu satmalıdır.
Sports.az xarıtladır ki, daha əvvəl “Mançester Yunayted”in 27 yaşlı hücumçunu satmağa hazır olduğu haqda məlumat yayılıb.
“Markus Raşford kimi oyunçuların başqa kluba keçidlə əlaqələndirilməsi məni təəccübləndirmir. “Mançester Yunayted” onu satmalıdır, çünki o, aldığı pula dəymir. İl yarımda son 48 oyunda 11 qol kifayət qədər yaxşı nəticə deyil”, deyə ingilis təhlilçi fikrini əsaslandırıb.