“Give me Sport” nəşri dövrümüzün ən yaxşı 10 gənc futbolçusunu açıqladı
“Give me Sport” nəşri iki amilə əsaslanaraq, hazırda dünyanın ən yaxşı 10 gənc futbolçusunun siyahısını dərc edib.
Sports.az xəbər verir ki, bu amillərə klub və beynəlxalq səviyyədə nailiyyətlər və eləcə də gözlənilən potensial daxildir.
“Give Me Sport” dərgisinə görə, dünya futbolunun ən yaxşı 10 gənc oyunçusunu təqdim edirik:
1. Lamin Yamal (İspaniya, “Barselona”, 17 yaş);
2. Cud Bellingem (İngiltərə, “Real”, 21 yaş);
3. Camal Musiala (Almaniya, “Bayern”, 21 yaş);
4. Florian Virts (Almaniya, “Bayer”, 21 yaş);
5. Kobbi Meynu (İngiltərə, “Mançester Yunayted”, 19 yaş);
6. Endrik (Braziliya, “Real”, 18 yaş);
7. Xavi Simons (Niderland, “Leypsiq” (PSJ-dən icarə), 21 yaş);
8. Arda Gülər (Türkiyə, “Real”, 19 yaş);
9. Uorren Zair-Emeri (Fransa, PSJ, 18 yaş);
10. Qavi (İspaniya, “Barselona”, 20 yaş).