Dünya futbolu
“Barselona” De Yonq qarşısında tələb qoydu
19.12.2024 | 16:15
“Barselona” “blauqrana”nın niderlandlı yarımmüdafiəçisi Frenkie de Yonq qarşısında tələb qoyub.
Sports.az xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi 2025-ci ilin iyun ayının sonuna qədər “bluqrana” ilə yeni müqavilə imzalamayacağı halda, De Yonqu satışa çıxaracağını futbolçuya bildirib.
Vurğulanır ki, müvafiq tələb futbolçunun ətrafına təsir edib və onların hazırkı niyyəti “Barselona” ilə razılığa gəlməkdir.