“Başakşəhər” ilin son oyununda da xal itirdi
Türkiyə Super Liqasında 17-ci tura yekun vurulub.
Sports.az xəbər verir ki, bu gün son iki oyun baş tutub.
“Başakşəhər” – “Kasımpaşa” matçında qalib müəyyənləşməyib. “Hatayspor” isə evdə “Adana Dəmirspor”a uduzub.
Hazırda 44 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 36 xalla 2-ci, “Samsunspor” 30 xalla 3-cüdür. “Göztəpə” 28, “Eyüpspor” 27, “Beşiktaş” 26, “Başakşəhər” 23, “Qaziantep” və “Antalyaspor” 21, “Kasımpaşa”, “Konyaspor” və “Rizəspor” 20 xal toplayıb.
Türkiyə Super Liqası
17-ci tur
20 dekabr
Eyüpspor – Fənərbaxça 1:1
Qollar: A.Kutucu, 26 – En Nesiri, 45+4.
21 dekabr
Sivasspor – Samsunspor 0:0
Beşiktaş – Alanyaspor 1:1
Qollar: Rafa Silva, 7 – Lima, 5.
22 dekabr
Qaziantep – Antalyaspor 2:0
Qollar: Kozlovski, 42. A.Maksim, 66.
Göztəpə – Rizəspor 3:0
Qollar: Miroşi, 25; 78. Tiyaniç, 71.
Kayserispor – Qalatasaray 1:5
Qollar: Bahoken, 14 – Osimhen, 4; 71. B.A.Yılmaz, 29; 87. Y.Akgün, 51.
Trabzonspor – Bodrumspor 1:0
Qol: Maleyro, 86.
23 dekabr
Başakşəhər – Kasımpaşa 2:2
Qollar: Pyontek, 9-pen; 42-pen – Da Kosta, 3. G.Gül, 68.
Hatayspor – Adana Dəmirspor 1:3
Qollar: Abubakar, 25 – S.Gülər, 61. O.Demirbağ, 70. A.Aymbetov, 75.