Dünya futbolu
“Arsenal”ın futbolçusu bir aylıq sıradan çıxdı
24.12.2024 | 09:00
"Arsenal"ın vingeri Bukayo Saka zədələnərək sıradan çıxıb.
Sports.az xəbər verir ki, bu barədə "topçular"ın baş məşqçisi Mikel Arteta məlumat verib.
Mütəxəssis İngiltərə millisinin üzvünün 1 aya yaxın yaşıl meydanlardan kənar qalacağını bildirib.
O, İngiltərə Premyer Liqasının 17-ci turunda "Kristal Pelas"a qalib gəldikləri (5:1) oyunda zədələnib.
Saka cari mövsümdə "Arsenal"ın heyətində 24 oyunda 9 qol vurub.