Şahmat üzrə birinci dəstə yarışlarına start verilib

Şahmat üzrə birinci dəstə yarışlarına start verilib

Azərbaycan Şahmat Federasiyası (AŞF) və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə yanvarın 6-da şahmat üzrə birinci dəstə yarışlarına start verilib.

Sports.az xəbər verir ki, açılış mərasimində çıxış edən AŞF-nin birinci vitse-prezidenti Faiq Həsənov ilk dəfə olaraq bütün partiyaların internet üzərində canlı təqdim olunduğunu söyləyib.

O, yekunda ən yüksək nəticə göstərəcək şahmatçıların Azərbaycan çempionatında mübarizə aparacağını bildirib.

Respublika Şahmat Mərkəzində təşkil edilən kişi və qadınlar arasında birinci dəstə yarışları Azərbaycan çempionatına seçmə xarakter daşıyır. Birinci dəstədə kişilər arasında ilk 5 yer, qadınlar arasında isə ilk 2 yer Azərbaycan çempionatına vəsiqə qazanacaq.

Yarışın ümumi mükafat fondu 10 min manat təşkil edir. Kişilərin və qadınların yarışında birinci yerin sahibləri müvafiq olaraq 2500 və 1200 manat mükafat qazanacaq. Birinci dəstə yarışlarına yanvarın 14-də yekun vurulacaq. Turnirin baş hakimi Lütfiyar Rüstəmovdur.

Son xəbərlər
PSJ - “Bayern” matçında 9 qol
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar