Dünya futbolu
“İndi məşqçinin gözləntilərini daha yaxşı başa düşürəm”
24.12.2024 | 14:45
PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov özünü oyun səviyyəsini qiymətləndirib.
Sports.az xəbər verir ki, rusiyalı qapıçı “Lans”la Fransa Kubokunun 1/32 final oyununda (1:1) oyunsonrası 2 penalti zərəsini dəf edərək, komandasının qələbəsində (4:3) müstəsa xidmət göstərib.
“Hər bir oyunçunun öz sirləri var, amma mən onları açmaq fikrində deyiləm. İndi məşqçinin gözləntilərini daha yaxşı başa düşürəm və mənim üçün hər bir xüsus asanlaşıb. Səviyyəmi yaxşılaşdırmaq üçün mənə bir müddət gərək oldu, indi isə bu komandada qalmaq üçün oynamağa hazıram”.