“Barselona” Raşforda görə Fatidən keçməyə hazırdır

“Barselona” “Mançester Yunayted”in 27 yaşlı ingiltərəli cinah hücumçusu Markus Raşfordla ciddi maraqlanır.

Sports.az xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi Raşfordum “blauqrana”ya mümkün keçidi ilə bağlı müqaviləyə klubun yetirməsi Ansu Fatini də mübadilə seçimi olaraq qatmağa hazırdır.

Daha əvvəl bildirilmişdi ki, Fati İspaniya La Liqasında qış fasiləsi zamanı dincəlməyəcək, 22 yaşlı futbolçu səylə çalışmaq və mövsümün ikinci yarısına daha yaxşı idman formasında başlamaq niyyətindədir.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar