“Barselona”nın müdafiəçisi Premyer Liqadan iki klubun maraq dairəsindədir

“Barselona”nın 23 yaşlı ispan müdafiəçi Erik Qarsiya “blauqrana”nın alman baş məşqçisi Hans-Diter Flikin uzunmüddətli planlarına daxil deyil.

Sports.az xəbər verir ki, Qarsiya qarşıdakı qış transfer pəncərəsində Kataloniya klubunu tərk edə bilər.

Qarsiyaya İngiltərə Premyer Liqasının iki klubu – “Çelsi” və “Nyukasl” maraq göstərirlər.

“Barselona” Qarsiyanı təxminən 25 milyon avro məbləğ müqabilində satmağa hazırdır. Qarsiya ingilis futboluna bələddir, belə ki, ispan futbolçu əvvəllər “Mançester Siti”də çıxış edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar