Dünya futbolu
“Bayern” Kimmixdən yanvarın əvvəlində qərar verməsini istəyir
25.12.2024 | 11:00
“Bayern” rəhbərliyi münhenlilərin alman dayaq yarımmüdafiəçisi Yozua Kimmixdən gələcəyi ilə bağlı gələn ilin yanvar ayının əvvəlində qərar verməsini tələb edir.
Sports.az xatırladır ki, alman futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
“Bayern” həqiqətən Kimmixi öz heyətində saxlamaq istəyir, bununla belə, Yozua özü hələ son qərarını verməyib.