Dünya futbolu
“Real” “Liverpul”u “talamaq” niyyətindədir
25.12.2024 | 12:00
“Real” 2025-ci ilin yayında “Livepul”un vitse kapitanını və həmçinin kapitanını Madridə gətirmək niyyətindədir.
Sports.az xəbər verir ki, söhbət müvafiq olaraq ingilis sağ cinah müdafiəçisi Trent Aleksander Arnold və niderlandlı mərkəz müdafiəçisi Vircil van Deykdən gedir.
Bildirilir ki, “Real” hər iki futbolçu ilə gələn ilin yanvar ayında danışıqlar aparmaq və “hə”sini almaq fikrindədir.
Hər iki futbolçunun “Liverpul”la müqaviləni yeniləməkdə çətinlik çəkdiyi və bu səbəbdən “Real”ın “qırmızılar” ulduzlarını ödənişsiz surətdə – azad agent qismində “qaymaqlı düşərgə”yə şirnikləndirmək üçün fəal addımlar atmağa hazır olduğu vurğulanır.