Osimhenin agenti İngiltərə nəhəngi ilə danışıqlar aparır

“Napoli”nin “Qalatasaray”da icarə əsasında çıxış edən 25 yaşlı nigeriyalı mərkəz hücumçusu Viktor Osimhenin agenti “Mançester Yunayted”lə danışıqlar aparır.

Sports.az xəbər verir ki, “qırmızı şeytanlar” gələn ilin yanvar ayında Osimhenlə şəxsi şərtlərini razılaşdıra bilərlər.

Vurğulanır ki, Osimhenin “Napoli” ilə cari müqaviləsində 75 milyon avro məbləğində satınalma maddəsi var ki, “Manmester Yunayted” bu məbləği ödəməyə hazırdır. Bunun üçün “qırmızı şeytanlar” ingiltərəli cinah hücumçusu Markus Raşfordun sərfəli qiymətə satışını nəzərdə tutublar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar