“Mançester Yunayted” üç futbolçunu gözaltı etdi
“Mançester Yunayted” üç futbolçunun satın alınması üçün 230 milyon avro məbləğində xərc çəkməyə hazırdır.
Sports.az xəbər verir ki, “qırmızı şeytanlar” “Barselona”nın cinah hücumçusu Rafinhaya fəal maraq göstərirlər və braziliyalı futbolçu müqabilində 80 milyon avro məbləğində sabit haqq, 10 milyon avro məbləğində isə əlavə üstəliklər ödəməyə hazırdırlar.
Bundan əlavə, “Mançester Yunayted”in portuqal baş məşqçisi Ruben Amorim, müqaviləsində 80 milyon avro məbləğində təzminat haqqı nəzərdə tutulmuş, Lissabon “Sportinq”inin isveçli hücumçusu Viktor Dyökereşin “qırmızı şeytanlar”a qoşulmasında maraqlıdır.
Amorim həmçinin Dortmund “Borussiya”sının isveçrəli qapıçısı Qreqor Kobelin “Mançester Yunayted”ə keçməsini istəyir. Vurğulanır ki, portuqali mütəxəssis “qırmızı şeytanlar”ın hazırkı nigeriyalı qapıçısı Andre Onananın göstərdiyi oyun səviyyəsindən razı deyil.