Dünya futbolu
Dele Alli bu gün İtaliya klubunda ilk məşqinə çıxacaq
26.12.2024 | 15:15
“Tottenhem”in sabiq yarımmüdafiəçisi Dele Alli bu gün “Komo”da ilk məşqinə çıxacaq.
Sports.az xəbər verir ki, ingiltərəli futbolçu İtaliya komandasının baş məşqçisi Sesk Fabreqası ona müqavilə təklif etməyə razı salmaq niyyətindədir. O, hazırda azad agentdir.
28 yaşlı yarımmüdafiəçinin son klubu “Everton” olub.
“Komo” A Seriyasında 17 turun nəticələrinə əsasən 15 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.