Azərbaycan çempionu olmuş futbolçu “Flamurtari”də

"Neftçi" ilə Azərbaycan çempionu olmuş albaniyalı futbolçu Bruno Teluşinin yeni klubu müəyyənləşib.

Sports.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ölkəsinin "Flamurtari" komandasına keçib.

O, 2011-2017-ci illər aralığında da bu komandanın uğurları üçün çalışıb və 2013/2014 mövsümündə Albaniya Kubokunu qazanıb.

Teluşi 2020/2021 mövsümündə "Neftçi"nin heyətində Azərbaycan Premyer Liqasının qalibi olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar