Dünya futbolu
“Milan” bu oyunçunun keçidi ilə bağlı “Atletiko Paranaense” ilə danışıqlar aparır
27.12.2024 | 13:00
“Milan” “Atletiko Paranaense”nin uruqvaylı yarımmüdafiəçisi Aqustin Kanobbionun “rossoneri”nin düşərgəsinə keçidi ilə bağlı Braziliya klubu ilə danışıqlar aparır.
Sports.az xəbər verir ki, 26 yaşlı uruqvaylı futbolçunun İtaliya vətəndaşlığı da var və “Milan”a keçidi halında Kanobbio İtaliya A Seriyasında əcnəbi oyunçu sayılmayacaq.
“Milan” bu imkandan yararlanmaq istəyir. Mümkün keçidin qarşıdakı qış transfer pəncərəsində gerçəkləşəcəyi təxmin edilir.