“Barselona”nın qışda əlavə sərmayə alacaq?

“Barselona” qarşıdan gələn qış transfer pəncərəsində “blauqrana”nın keçmiş oyunçularının mümkün satışı hesabına əlavə gəlir əldə etmək ümidindədir.

Sports.az xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi klubun transfer hüquqlarınıa qismən sahib olduğu futbolçuların satışından ümumilikdə 30 milyon avro məbləğə qədər gəlir əldə edəcəyini gözləyir.

Bu oyunçular arasında “Portu”nun ispan dayaq yarımmüdafiəçisi Niko Qonsales (satış hüququndan 40% pay) və Lissabon “Sportinq”inin portuqal cinah hücumçusu Fransisku Trinkan (50% pay) var.

Hər iki oyunçunun qarşıdakı qış transfer pəncərəsində İngiltərə Premyer Liqasının və ya Almaniya Bundesliqasının klublarına keçidinin yüksək ehtimalı olduğu bildirilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar