Dünya futbolu
Salah “Liverpul”la yeni müqavilə bağlamağa yaxındır
27.12.2024 | 09:30
“Liverpul”un misirli ulduz hücumçusu Məhəmməd Salah Mersisayd klubu ilə yeni müqavilə imzalamağa yaxındır.
Sports.az xəbər verir ki, yeni müqavilənin müddəti 2027-ci ilə qədər qüvvədə olacaq və daha 12 ay müddətinə uzadılması haqda müvafiq maddəni ehtiva edəcək.
Hazırda təffərüata dair danışıqların getdiyi vurğulanır. Bu xüsuslar həllini tapdıqdan sonra müqavilənin razılaşdırıldığı haqda rəsmi bəyanat veriləcək.