Azərbaycanlı futbolçunun komandası Albaniya superkubokunu qazandı

Azərbaycan millisinin üzvü Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" Albaniya Superkubokunu qazanıb.

Sports.az xəbər verir ki, komanda həlledici oyunda “Kukesi” ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

Zamiqin adı iştirak ərizəsinə daxil edilsə də, o, sona qədər ehtiyatda qalıb.

"Eqnatiya" 2023/2024 mövsümündə Albaniya çempionu olub və ölkə kubokunu qazanıb. Kubokun finalında onlar "Kukesi"ni məğlub etmişdilər.

Zamiq 2024-cü ilin iyunundan "Eqnatiya"da çıxış edir. O, bu mövsüm "Eqnatiya"da ümumilidə 19 oyunda meydana çıxıb. 23 yaşlı müdafiəçi ötən gecə komandası ilə ilk titulunu qazanıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar