Azərbaycanlı futbolçular üçün yeni baş məşqçi

Azərbaycan millisinin üzvü Renat Dadaşovun və Həsən Nəzərovun çıxış etdiyi Türkiyə Birinci Liqa təmsilçisi "Ankaragücü"nün yeni baş məşqçisi müəyyənləşib.

Sports.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisini bundan sonra Kemal Özdeş çalışdıracaq.

Yerli mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

O, son olaraq 2023-cü ildə "Kasımpaşa"da baş məşqçi funksiyasını yerinə yetirib. 54 yaşlı çalışdırıcı bu postda Kenan Koçakı əvəzləyib.

"Ankaragücü" 1-ci Liqada 24 xalla 10-cu sırada qərarlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar