Dünya futbolu
“İnter”in oyunçusu Ermənistanda ilin futbolçusu seçildi
27.12.2024 | 20:20
“İnter”in yarımmüdafiəçisi Henrix Mxitaryan 2024-cü ildə Ermənistanın ən yaxşı futbolçusu seçilib.
Sports.az Ermənistan Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, artıq 12-ci dəfədir ki, bu adı alır.
İkinci yerdə 62 xalla Slovakiya “Slovan”ının yarımmüdafiəçisi Tiqran Barseqyan qərarlaşıb.
İlk üçlüyü 24 xalla “Krasnodar”ın yarımmüdafiəçisi Eduard Spertsyan tamamlayıb.