Dünya futbolu
“Fənərbaxça” “Çelsi”nin hücumçusunu icarəyə götürməkdə maraqlıdır
28.12.2024 | 16:00
“Fənərbaxça” “Çelsi”nin portuqal hücumçusu Joau Feliksi cari mövsümün sonuna qədər icarəyə götürməkdə maraqlıdır.
Sports.az xəbər verir ki, Feliks “Fənər”in portuqal baş məşqçisi Joze Mourinyonun şəxsi maraq dairəsindədir.
Vurğulanır ki, “Fənərbaxça” müvafiq keçidi, Feliksin “zadəganlar”ın heyətində aldığı oyun müddətindən narazılığını təmin etməklə gerçəkləşdirmək niyyətindədir. Belə ki, “Fənər”in heyətində Feliksin əsas oyunçu olması ehtimalı yüksəkdir.