Dünya futbolu
“Milan” kapitanlarından birini qışda sata bilər
28.12.2024 | 20:00
“Milan” rəhbərliyi 28 yaşlı italyan sağ cinah müdafiəçi Davide Kalabriyaya 2025-ci ilin iyun ayının sonunda başa çatacaq müqaviləsinin müddətini uzatmağı təklif etməyib və futbolçunu gələn ilin yanvar ayında sata bilər.
Sports.az xəbər verir ki, “rossoneri”nin kapitanlarından biri mövsümün sonunda azad agent qismində “Milan”dan getməyə hazırdır.
Hazırda Kalabriya ilə “Komo”, “Qalatasaray” və eləcə də Səudiyyə Ərəbistanı və Qətər klubları maraqlanırlar.