Dünya futbolu
Rusiya yığmasının sabiq üzvü içkili halda avtomobil idarə etdiyi üçün saxlanıldı
28.12.2024 | 15:45
Rusiya yığmasının sabiq futbolçusu Denis Qluşakov içkili halda avtomobil idarə etdiyi üçün saxlanılıb.
Sports.az "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, 37 yaşlı oyunçu alkoqol testindən keçə bilməyib.
Hadisə Rostov vilayətində baş verib. Alkotest Qluşakovda 0,8 promil göstərib. Ona dərhal protokol tərtib edilib, avtomobili isə cərimə meydançasına aparılıb. O, sürücülük vəsiqəsindən də məhrum edilə bilər.
Qluşakov 2013-2019-cu illərdə "Spartak"da çıxış edib. O, "qırmızı-ağlar"ın heyətində Rusiya çempionluğunu və Superkubokunu qazanıb. Futbolçu Rusiya millisinin heyətində 57 oyun keçirib.