Dünya futbolu
“Real” son bir neçə ildə “Barselona”nı ötüb keçib”
04.01.2025 | 14:00
“Ayaks”ın niderlandlı keçmiş futbolçusu Danni Blind “Barselona”nı, “blauqrana”nın ispan hücumameylli yarımmüdafiəçisi Daniel Olmonu İspaniya La Liqasının ikinci dövrəsi üçün qeydiyyatdan keçirə bilməməsi ilə bağlı vəziyyətə görə tənqid edib.
Sports.az Blindin bu barədə fikrini təqdim edir:
“Niyə “Barselona” sadəcə oynamır və qaydalara əməl etmir? Büdcəniz 40 milyon avro məbləğindədirsə, nəyə görə 60 milyon avro məbləğində oyunçu ilə müqavilə bağlayırsınız? Onda, sadəcə “yox” deyin!
Amma görürlər ki, “Real” son bir neçə ildə onları ötüb keçib, ona görə də oyunçu almaq istəyirlər”.